Ali-İmran surəsi - Ayə: 145

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 145
Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 145. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 145 MÖHSÜN QƏRAƏTİ.

"Allahın hökmü olmadan kimsə ölmür. (Bu,) təyin olunmuş bir taledir. Dünya mükafatı istəyənə ondan verərik. Axirət mükafatı istəyənə isə axirət mükafatından verərik. Tezliklə şükür edənləri mükafatlandıracağıq.”
Bildirişlər
1. Döyüş meydanından qaçmaqla ölümdən qaçmaq olmaz.
2. Ölüm bizim əlimizdə deyil. İradə və hədəf seçimi isə bizim əlimizdədir.
3. Bir halda ki, dünya və axirət qarşımızdadır, əbədiyyət və Allah razı olduğu yolu davam etdirək.
4. Hər növ təsir və əməlin xüsusi əks-təsiri var. Hansı yolda qədəm atsaq, xüsusi bir məqsədə çatacağıq.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.