Ali-İmran surəsi - Ayə: 136

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 136
Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 136. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 136 MÖHSÜN QƏRAƏTİ.

"Rəbbi tərəfindən onların (müttəqilərin) mükafatı bağışlanma və ağacları altından çaylar axan bağlardır. Onlar daim orada qalarlar. Əməl sahiblərinin mükafatı necə də gözəldir!”
Nöqtələr
«Müttəqilər», «yaxşı əməl sahibləri», «əməl əhli» təbirləri üç ayənin sonunda ardıcıl təkrarlanır. Bu təkrarlardan məlum olur ki, təqva guşənişinlik, özünə qapılma halı yox, əməl və ehsan səhnəsində iştirakdır.
Bildirişlər
1. İnsan paklanmayınca behiştə daxil olmaq ləyaqəti tapmır.
2. Allahın əfvi və bağışlaması insanın tərbiyəsi üçündür.
3. İlahi lütflərə təkcə arzu vasitəsi ilə çatmaq olmaz. Bundan ötrü iş və əməl lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.