Ali-İmran surəsi · 120-cu ayə

Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 120
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər sizə bir yaxşılıq çatsa, bu onları qəmgin edir. Əgər sizə pislik üz versə, onlar bundan şadlanarlar. Əgər (onların qarşısında) səbir etsəniz və təqvalı olsanız, onların bədxah hiylələri sizə heç bir zərər toxundurmaz. Həqiqətən, onların gördüyü işlər Allahın əhatəsindədir.”
Nöqtələr
Bu ayə dost-düşməni tanımaq yolunu bəyan edir. Bu işdə ən yaxşı yol müsəlmanlara bir xeyir və ya zərər toxunduqda onların keçirdiyi hisslərə, düşdüyü hallara diqqətdir. Xarici siyasətdə də bəyanatlara, tərəfdaşlıqlara, təbriklərə, təkziblərə, növbənöv köməklərə və təbliğata diqqət zəruridir.
Əvvəlki ayələrdə müsəlmanlara sifariş olundu ki, düşmənlə yoldaşlıq etməsinlər, dostluq əlaqələri qurmasınlar. Bu ayədə buyurulur: Bu rəftar mənfi reaksiya doğura bilər və düşməni sizin üzərinizə qaldırar. Ona görə də siz səbir və təqva əhli olmalısınız ki, onların hiylələri sizə zərər toxundurmasın.
Bildirişlər
1. Düşmən o qədər həsədçildir ki, sizə zərrəcə xeyir gəlsə, bu onu narahat edir.
2. Düşmənin nüfuz yolu ya bizim qorxu və tamahımız, ya da təqvasızlığımızdır. Səbir və təqva düşmənin məğlubiyyət yoludur.
3. Bizim inkişafımızdan narahat olan həsədçilərin qarşısında səbir və təqvadan başqa çarə yoxdur.
4. Allah düşmənlərin ruhiyyəsini ifşa etməklə həm də müsəlmanlara ruhiyyə verir, onları ayıq olmağa çağırır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 120-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 120-cu ayəsi nə haqqındadır?
Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.
Ali-İmran surəsi 120-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 120-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 120-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 120-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 120-cu ayənin təfsiri nədir?
"Əgər sizə bir yaxşılıq çatsa, bu onları qəmgin edir. Əgər sizə pislik üz versə, onlar bundan şadlanarlar. Əgər (onların qarşısında) səbir etsəniz və təqvalı olsanız, onların bədxah hiylələri sizə heç bir zərər toxundurmaz. Həqiqətən, onların gördüyü işlər Allahın əhatəsindədir.” Nöqtələr Bu ayə dost-düşməni tanımaq yolunu bəyan edir. Bu işdə ən yaxşı yol müsəlmanlara bir xeyir və ya zərər toxunduqda onların keçirdiyi hisslərə, düşdüyü hallara diqqətdir. Xarici siyasətdə də bəyanatlara, tərəfdaş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.