Ali-İmran surəsi · 12-cü ayə

Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 12
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kafir olanlara de ki, tezliklə məğlub olar və cəhənnəmə doğru sürüklənərlər. Necə də pis yerdir!”
Nöqtələr
"Məcməul-bəyan”, "Kəbir”, "Məraği” təfsirlərində deyilir: Müsəlmanlar hicri ikinci il Bədr savaşında qalib gəldikləri vaxt yəhudilərdən bir dəstəsi dedi: "Bu qələbə Məhəmmədin haqq olması nişanəsidir. Çünki Tövratda deyilmişdir: "O düşmənlərinə qalib gələr.” Yəhudilərin digər bir dəstəsi isə belə dedi: "Tələsməyin, bəlkə o biri döyüşlərdə məğlub oldu.” Hicri üçüncü ildə müsəlmanlar Ühüd savaşında məğlub olduqları vaxt həmin yəhudilər xoşhal oldular.
Ayə nazil oldu ki, tələsik mühakimə yürütməyin. Yaxın gələcəkdə məğlub olarsınız. Çox çəkmədi ki, müsəlmanlar Mədinənin Bəni-Qürəyzə və Bəni-Nəzir yəhudilərini məğlub etdilər. Məkkənin fəthində isə müşriklər məğlub oldular.
Bildirişlər
1. Möminlərə təsəlli, kafirlərin hədələnməsi düzgün rəhbərlik və məqsədə inam nişanəsidir.
2. Quranın möcüzələrindən biri onun gələcək haqqındakı dəqiq xəbərləridir.
3. Xalq qalibdir və küfr məğlubiyyətə məhkumdur.
4. Düşmənin şayiələri və təbliğatları ilə mübarizə aparın.
5. Cəhənnəmlə sonuclanan məğlubiyyətlərdən qorxun. Adi halda hər bir döyüşdə məğlubiyyət ola bilər.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 12-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 12-cü ayəsi nə haqqındadır?
Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.
Ali-İmran surəsi 12-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 12-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 12-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 12-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 12-cü ayənin təfsiri nədir?
"Kafir olanlara de ki, tezliklə məğlub olar və cəhənnəmə doğru sürüklənərlər. Necə də pis yerdir!” Nöqtələr "Məcməul-bəyan”, "Kəbir”, "Məraği” təfsirlərində deyilir: Müsəlmanlar hicri ikinci il Bədr savaşında qalib gəldikləri vaxt yəhudilərdən bir dəstəsi dedi: "Bu qələbə Məhəmmədin haqq olması nişanəsidir. Çünki Tövratda deyilmişdir: "O düşmənlərinə qalib gələr.” Yəhudilərin digər bir dəstəsi isə belə dedi: "Tələsməyin, bəlkə o biri döyüşlərdə məğlub oldu.” Hicri üçüncü ildə müsəlmanlar Ühüd sa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.