Ali-İmran surəsi · 118-ci ayə

Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 118
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Özünüzdən qeyrisini sirdaş seçməyin. Onlar sizə çətinlik yaratmaqda boş dayanmazlar. Onlar sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların kin və düşmənçiliyi ağızlarından (danışıqlarından) bilinir. Qəlblərində saxladıqları isə daha böyükdür. Həqiqətən, Biz ayələri sizin üçün bəyan etdik. Əgər düşünsəniz!”
Nöqtələr
"Bitanə” qarına yapışan alt libasa deyilir. Bu söz sirdaş mənasına da bir işarədir. "Xəbal” sözü isə düşüncə və ağılın puçluğu mənasını bildirir. "Ənət” çətinlik və əziyyət, "yəlun” bir işin icrasında tənbəllik, boş dayanmaq mənasını ifadə edir.
Düşmən bizə nə arzulayır?
Əgər Quranda "vəddə” sözünə nəzər salsaq, düşmənin bizim haqqımızdakı arzularından agah olarıq:
1. Düşmən bizim xeyir və sərmayəmizdən qəflətdə qalmağımızı istəyir.("Nisa”, 102. )
2. Düşmən bizdən sazişçilik və həlimlik istəyir.(Qələm”, 9. )
3. Hətta bir müsəlman özgə sayılırsa, onu sirdaş seçmək olmaz. Çünki müsəlmanlar arasında da fitnəkar və satqın fərdlər var.
4. Müsəlmanların başqa cəmiyyətlərlə dostluq və rabitə meyarı iman olmalıdır.
5. İslam cəmiyyəti qeyri-islami cəmiyyətlərdən üstündür. "Dunikum”, yəni "özünüzdən başqaları” təbiri qeyri-müsəlmanların aşağı mərtəbədə olduğunu göstərir.
6. Düşmənin ilkin hərəkəti və təhlükəsi onun ideoloji hücumudur. Düşmən müsəlmanların düşüncəsinə zərbə vurmaqda tənbəllik göstərmir.
7. Düşmənlər bizimlə cürbəcür üsullarla rəftar edirlər: Fəsad və günah vasitəsi ilə, təzyiqlər vasitəsi ilə, nifaq salmaq vasitəsi ilə.
8. Düşmənlərinizi tanıyın və ayıq olun. Onlar sizə qarşı fitnə-fəsad törətməkdə süstlük göstərmirlər.
9. İlahi əmrlərin dəlili və fəlsəfəsi var. Əgər sizə düşmənlərlə səmimi rabitələr qadağan olunursa, bunun səbəbi odur ki, düşmənlər sizə qarşı fitnə-fəsad törətməkdə fəaldırlar.
10. Kuzədəki nəm onun içindəkindəndir. Düşməndən yalnız kin-küdurət gözləyin.
11. Düşmənləri onların təbliğatından tanıyın.
12. Fitnəkar düşmənlə səmimi əlaqə ağılsızlıq nişanəsidir. Düşmənlə xoş rəftar səfehlikdir.
13. Allah hamının qəlbindəkindən xəbərdardır. O, İslam düşmənlərinin planlarını ifşa edir.
14. Sizin düşmənləriniz münafiqdirlər. Onların zahiri ilə batini fərqlidir.
15. Allah düşmənin ruhiyyəsini tanıtdırmaqla sizə olan höccəti tamamlayır, suala yer qalmır.
16. Mömin olmaq bir məsələdir, aqil olmaq digər bir məsələ. Ona görə Allah bu ayədə möminlərə buyurur: Əgər ağlınız varsa, düşmənə sirr verməyin.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 118-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 118-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişan...
Ali-İmran surəsi 118-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 118-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 118-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 118-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 118-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Özünüzdən qeyrisini sirdaş seçməyin. Onlar sizə çətinlik yaratmaqda boş dayanmazlar. Onlar sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların kin və düşmənçiliyi ağızlarından (danışıqlarından) bilinir. Qəlblərində saxladıqları isə daha böyükdür. Həqiqətən, Biz ayələri sizin üçün bəyan etdik. Əgər düşünsəniz!” Nöqtələr "Bitanə” qarına yapışan alt libasa deyilir. Bu söz sirdaş mənasına da bir işarədir. "Xəbal” sözü isə düşüncə və ağılın puçluğu mənasını bildirir. "Ənət”...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.