Ali-İmran surəsi · 115-ci ayə

Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 115
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların gördüyü xeyir işlər heç vaxt dəyərləndirilməmiş qalmaz. Allah təqvalılardan xəbərdardır.”
Nöqtələr
"Bəqərə” surəsinin üçüncü ayəsində imanla yanaşı, namazda xatırlandığı kimi, bu ayədə də imanla yanaşı əmr be məruf və nəhy əz münkər yada salınır.
Quranda əmr be mərufun nəhy əz münkərdən öncə gəlməsi bir qaydadır. Bəli, yaxşılıq qapıları açıldıqda, pisliyin yolu bağlanır. Asan izdivac günahın qarşısını alır. Namaz insanı çirkin işlərdən uzaqlaşdırır. Faydalı bir iş ictimai fəsadlara mane olur. İnsanların şəxsiyyətinin qiymətləndirilməsi onları süqutdan saxlayır.
Salehlər hamının qoşulmaq istədiyi kəslərdir.("Yusif”, 108; "Şüəra”, 83. )Hər bir müsəlman hər gün onlara beş dəfə salam verir.
Allah dərgahında heç bir saleh əməl zay olmur. Quranda oxuyuruq: "Həqiqətən, Allah müttəqilərdən qəbul edir.”("Maidə”, 27. )Bəli, iman və təqva qəbul şərtidir. Ona görə də bu ayədə oxuyuruq: «Biz özümüz müttəqilərin kim olduğunu bilirik. Onların əməli qəbul olasıdır.»
Bildirişlər
1. Digər dinlərdə də əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) öz əksini tapmışdır.
2. Sübhün səcdələri gün uzunu əmr və qadağalarla müşayiət olunmalıdır.
3. Xeyir işə tələsmək onun dəyərini artırır.
4. Salehlərin yaxşılıqda fəaliyyəti mövsümi yox, daimidir.
5. O şəxslər salehdirlər ki, bəzi xeyir işlərə yox, bütün xeyir işlərə həvəslə gedirlər.
6. İman, ibadət, tilavət, əmr be məruf və nəhy əz münkər, xeyir işdə sürət insanı salehlər zümrəsinə qatır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 115-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 115-ci ayəsi nə haqqındadır?
Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir.
Ali-İmran surəsi 115-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 115-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 115-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 115-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 115-ci ayənin təfsiri nədir?
"Onların gördüyü xeyir işlər heç vaxt dəyərləndirilməmiş qalmaz. Allah təqvalılardan xəbərdardır.” Nöqtələr "Bəqərə” surəsinin üçüncü ayəsində imanla yanaşı, namazda xatırlandığı kimi, bu ayədə də imanla yanaşı əmr be məruf və nəhy əz münkər yada salınır. Quranda əmr be mərufun nəhy əz münkərdən öncə gəlməsi bir qaydadır. Bəli, yaxşılıq qapıları açıldıqda, pisliyin yolu bağlanır. Asan izdivac günahın qarşısını alır. Namaz insanı çirkin işlərdən uzaqlaşdırır. Faydalı bir iş ictimai fəsadlara mane...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.