Ali-İmran surəsi · 109-cu ayə

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Bütün işlərin qayıdışı yalnız Allaha doğrudur.”
Nöqtələr
İlahi ayələr peyğəmbərə artırılıb-əskildilmədən, haqq və həqiqət əsasında nazil olur. Eləcə də, əməllər və reaksiyalar, mükafatlar və cəzalar möhkəm üsul və qaydalara əsaslanır. Allah Öz bəndələrinə onların gücündən artıq vəzifə tapşırmır, mükafat və cəzada insanların fərqli şəraitləri və istedadları nəzərə alınır, zülmə yol verilmir.
Yalnız nöqsanı olan və ya haqq yolla məqsədinə çata bilməyən kəs zülm edir. Həmçinin zülmün pisliyindən xəbərdar olmayan kəs bu yola əl atır. Allahda isə bu sifətlərin heç biri yoxdur. Əgər hər şey Allahındırsa və qayıdış yalnız Ona doğrudursa, Allahın zülm etməyə nə ehtiyacı ola bilər?!
Bildirişlər
1. Peyğəmbərə vəhy nazil olması haqdır. Vəhy təxəyyül məhsulu deyil.
2. Qiyamətdəki üzüağlıq və üzüqaralıq Allahın zülmü yox, insanın öz əqidə və əməllərinin nəticəsidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 109-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 109-cu ayəsi nə haqqındadır?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.
Ali-İmran surəsi 109-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 109-cu ayənin təfsiri nədir?
"Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Bütün işlərin qayıdışı yalnız Allaha doğrudur.” Nöqtələr İlahi ayələr peyğəmbərə artırılıb-əskildilmədən, haqq və həqiqət əsasında nazil olur. Eləcə də, əməllər və reaksiyalar, mükafatlar və cəzalar möhkəm üsul və qaydalara əsaslanır. Allah Öz bəndələrinə onların gücündən artıq vəzifə tapşırmır, mükafat və cəzada insanların fərqli şəraitləri və istedadları nəzərə alınır, zülmə yol verilmir. Yalnız nöqsanı olan və ya haqq yolla məqsədinə çata bilməyən ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.