Yusif surəsi - Ayə: 20

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 20
Onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar (qardaşları məlumat üçün gəldikdə, onu qaçmış qul adı ilə karvandakılara və onlar da onu mərkəzə apararaq Misirin valisinə satdılar). (Qardaşlar rüsvay olmaq qorxusundan, karvandakılar isə onda azad insan əlamətləri olduğu üçün) ona rəğbətsiz idilər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 20. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 20 MÖHSÜN QƏRAƏTİ.

"(Karvan əhli) Yusifi ucuz qiymətə, bir neçə dirhəmə satdı. Ona rəğbət göstərmədilər.”
Nöqtələr
Yusif vücudunu ucuz satan peşman olar. Ömür, gənclik, izzət, istiqlal, paklıq Yusif səciyyəsidir və bütün bunları ucuz satmaq olmaz.
Bildirişlər
1. Asan yolda əldə olunan mal asanlıqla əldən çıxar.
2. Quldarlığın və qul alverinin böyük tarixi var.
3.Karvan əhlinin Yusifə rəğbətsizliyi onun gələcəyi üçün faydalı oldu.
4. Bir şeyin qiymətini bilməyən kəs onu ucuz qiymətə verir.
5. Dəyərli insanlara bir müddət rəğbət göstərilməsə də, nə vaxtsa onların dəyəri üzə çıxır. (Qul kimi satılan Yusif bir gün hakim oldu.)
6. Pulun neçə min illik tarixi var.
7. Qafil insanlar Yusifi ucuz qiymətə satdılar. Amma agah və aşiq qadınlar onu mələyə oxşatdılar. İmam Sadiq (ə) buyurur: "Kişidən dərrakəli qadın çoxdur.”
Müəllif: MÖHSÜN QƏRAƏTİ.