Ət-Tövbə surəsi - Ayə: 98

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 98
Bədəvi ərəblərdən (xeyir yolda) xərclədiyini ziyan və zərər hesab edənlər və sizin barənizdə (İslam dövlətinin süqutu kimi) pis hadisələr gözləyənlər vardır. Pis hadisələr onların özləri üçün olsun! Allah eşidən və biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 98. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 98 MÖHSÜN QƏRAƏTİ.

"Bədəvilərdən bəziləri infaq etdiyini zərər sayan kəslərdir və sizin üçün pis hadisələr intizarındadırlar. Onlara nəsib olsun pis hadisə! Allah eşidən və biləndir.”
Nöqtələr
"Ğəramət” sözündən olan "məğrəm” sözü muğayat olmaq mənasını bildirir. Bir-birinə bağlı borclu və tələbkar "ğərim” adlanır. Borcu qaytarmaq üçün insana yanaşan borcluya "məğrəm” deyilir.
"Dairə” sözünün cəm forması olan "dəvair” sözü insanı öz ağuşuna almış hadisələrə deyilir.
Bildirişlər
1. Münafiq və ilahi hədlərdən xəbərsiz insan infaqı zərər sayır.
2. Münafiq həsədçildir və başqaları üçün yalnız pislik istəyir.
3. Başqalarına pislik istəyən özü pisliklə rastlaşar.
4. Allah insanın dediklərindən və xasiyyətlərindən agahdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.