NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Öz (işinin) bünövrəsini təqva və Allahın razılığı üzərində qərar verən kəs üstündür, yoxsa öz (işinin) bünövrəsini uçulası bir aşırımın ağzında qərar verən kəs? Elə bir yer ki, onu cəhənnəm oduna yuvarlandırar. Allah zalım qövmü hidayət etməz.”
Nöqtələr
Ötən ayədə Zirar məscidi ilə Qoba məscidi müqayisə olundu. Bu ayədə isə hər iki məscidin banilərindən danışılır.
"Şəfa” dedikdə bir şeyin ağzı, kənarı, "curuf” dedikdə çay və ya quyunun su ilə altı uçulmuş haşiyəsi nəzərdə tutulur. "Har” sözü isə süst mənasını bildirir.
Bildirişlər
1. İşlərin dəyəri onların zahirində yox, niyyətlərdədir. Qoba məscidi Allahın razılığı məqsədi ilə tikilmişdisə, Zirar məscidinin tikilməsində məqsəd təfriqə yaratmaq idi.
2. Batilin bünövrəsi süstdür.
3. Bəzən məscid baniləri özlərini cəhənnəmin dibinə yuvarladırlar.
4. Məzhəbə aid və xalqın inanc yeri olan mərkəzlərdən sui-istifadə zülmdür.