Ən-Nisa surəsi - Ayə: 33

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 33
Ata-ana, yaxınlar və (evlilik, cərirə zəmanəti, yaxud köləlikdən azad olma) əhd – peyman(ı) bağladığınız kəslərin qoyub getdikləri hər bir mal üçün varislər müəyyənləşdirmişik (və qohumluğun dərəcələri arasındakı fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər müəyyənləşdirmişik (və onlar) ata-ana və onun (digər) yaxınları, həmçinin (evlilik, cərirə zəmanəti, köləlikdən azad etmə və imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin. Şübhəsiz, Allah hər şeyə şahiddir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 33. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 33 MÖHSÜN QƏRAƏTİ.

"Ata-ana, qohumlar və peyman bağladığınız kəslərdən qalan şeylərin hər biri üçün varislər qərar vermişik. Onların payını ödəyin. Çünki Allah hər şeyə şahiddir.”
Nöqtələr
"Movla” sözünün cəm forması olan "məvali” sözünün müxtəlif mənaları vardır. Amma burada "məvali” deyərkən varislər nəzərdə tutulmuşdur.
"Əqədət əymanukum” təbiri İslamdan qabaq iki nəfər arasında bağlanmış peymana işarədir. İslam azacıq dəyişikliklə onu qəbul etdi və bu, fiqhi kitablarda öz əksini tapdı. Qərarın mətni belə olub ki, iki nəfər həyatda bir-birlərinə yardım edəcəklərini, zərərlərinin ödənməsində bir-birlərinə yardımçı olacaqlarını və bir-birlərindən irs aparacaqlarını əhd ediblər. Bugünkü sığorta həmin dövrdəki qərarın oxşarıdır. Əgər peyman bağlanmış şəxslərdən birinə zərər dəyərdisə, onun yoldaşı dəymiş zərərin ödənməsində yardımçı olardı. İslam bu peymanı qəbul etdi. Amma irs məsələsində həmin şəxsin varisinin olmaması şərt qoyuldu.
İmam Riza (ə) "vəlləzinə əqədət əymanukum” cümləsi haqqında buyurmuşdur: "Məqsəd xalqın ilahi və məsum rəhbərlə bağladığı peymandır.”("Vəsail”, c. 12, səh. 241.)
Bildirişlər
1. İrsin qədəri Allah hökmü ilə təyin olunur.
2. Ən yaxın qohumlar irsdən pay almaqda üstünlüyə malikdirlər.
3. Mülkiyyət haqqına malik olan insan peyman və qərar vasitəsi ilə öz işini başqasına tapşıra bilər.
4. İnsanın öz həyatı dövründəki əhdləri onun ölümündən sonra da möhtərəmdir.
5. Əhd-peymana vəfa vacibdir.
6. Borclular öz borclarını ödəmək üçün tələbkarların (borc sahiblərinin) sorağına getməlidirlər.
7. Allahın hazır olmasına iman təqva rəmzi və əhdini pozanlara bir xəbərdarlıqdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.