Ən-Nisa surəsi - Ayə: 39

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 39
Əgər Allaha və axirət gününə iman gətirsəydilər və Allahın onların ruzisi etdiklərindən xərcləsəydilər, onlara nə ziyanı olardı?! Allah həmişə onları(n halını) biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 39. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 39 MÖHSÜN QƏRAƏTİ.

"Əgər Allaha və qiyamət gününə iman gətirsəydilər və Allahın onlara verdiyi ruzidən infaq etsəydilər, onlara nə olardı?! Allah onların niyyətini biləndir.”
Bildirişlər
1. Azğınların vəziyyətinə təəssüf edilməsi onlara xəbərdarlıq və təbliğ yollarından biridir.
2. Allaha iman şərtlərindən biri məhrumlara infaq etməkdir.
3. İnfaq təkcə mal-pula aid deyil. Elm, məqam, güc kimi Allahın verdiyi bütün nemətlərdən infaq etmək bəyənilmişdir.
4. Əgər bütün nemətlərin Allah tərəfindən verildiyinə inansaq, infaq ruhiyyəmiz güclənər.
5. Xəsis və riyakar insanlar bilsinlər ki, Allahın nəzəri altındadırlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.