Ən-Nisa surəsi - Ayə: 40

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 40
Şübhəsiz, Allah (heç kəsə) zərrə qədər də zülm etməz və əgər həmin miqdarda yaxşı əməl mövcud olsa onu (onun savabını, yaxud eynini axirətdə) ikiqat artırar və Öz tərəfindən böyük bir savab (mükafat) əta edər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 40. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 40 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, Allah zərrə qədərincə də sitəm etməz. Yaxşı iş olsa, onu ikiqat artırar. Öz tərəfindən də böyük mükafat əta edər.”
Nöqtələr
Adətən, zülmün kökü ya cəhalət, ya qorxu, ya ehtiyat, ya da hərislik olur. Amma Allah ehtiyacsız, bilən və pakdır, bu səbəbdən də zülm etmir. Bundan əlavə, Allah-təala Özü ədalət və ehsana çağırmışdır. Necə olar ki, Allah mərhəmətə çağırdığı halda Özü zülm etmiş olsun?! Allahın mükafatı isə görülən xeyir işdən neçə qat artıqdır. Bu mükafat on qatdan yeddi yüz qatadək artıq ola bilər. Bu isə Allahın ehsan və lütfüdür.
Bildirişlər
1. Allah ədalətlidir. Onun cəzalarını doğuran bizim öz əməllərimizdir.
2. Allah günaha münasib cəza verirsə, yaxşı işin mükafatını qat-qat artıq əta edir.
3. Allah mükafatı artırmaqla yanaşı Öz tərəfindən də böyük bir əcr verir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.