Əl-Maidə surəsi - Ayə: 52

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 52
Beləliklə qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 52. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 52 MÖHSÜN QƏRAƏTİ.

"(Bir bu qədər xəbərdarlığa baxmayaraq) qəlbi xəstə olanları kafirlərlə dostluğa tələsən görürsən. (Onlar öz işlərinə don geyindirib) deyirlər: "Qorxuruq ki, pis bir hadisə ilə üzləşək (onların köməyinə möhtac olaq).” Ümid var ki, Allah Öz tərəfindən bir qələbə və ya müsəlmanların xeyrinə) bir iş önə çıxarsın və həmin vaxt onlar qəlblərində gizlətdiklərinə görə peşman olsunlar.”

Müəllif: MÖHSÜN QƏRAƏTİ.