"Ey iman gətirənlər, yəhudiləri və məsihiləri özünüzə rəhbər və yardımçı götürməyin. (Çünki) onlardan bəziləri digərlərinin yardımçısıdırlar. Sizdən onları rəhbər götürən hər kəs, şübhəsiz, onlardandır. Həqiqətən, Allah sitəmkar qövmü hidayət etməz.”
Ayədə yəhudilər və məsihilər nümunə olaraq zikr edilir. Şübhəsiz ki, heç bir kafirin hakimiyyətini qəbul etmək olmaz.
Quranın digər ayələrindən məlum olur ki, kitab əhlinin ətsiz xörəklərindən, onlarla müvəqqəti izdivacdan, alış-verişdən, dinc-yanaşı yaşayışdan bəhrələnmək olar. Uyğun hallar hakimiyyətin qəbul edilməsi sayılmır.
1. Allahın Öz mömin bəndələrindən xüsusi təvəqqö və intizarı var.
2. Düşməndən kənarlaşmaq iman şərtidir.
3. İslam ictimai-siyasi bir dindir və təkcə fərdi hökmlərlə sona yetmir.
4. Kafirlərdən yardım almaq qadağan olunduğu vəziyyətdə, şübhəsiz, rabitələrdə və xarici siyasətdə onların hakimiyyətini qəbul etmək qadağandır.
5. Düşmənlərin və kafirlərin hakimiyyətini qəbul etməyək, çünki onlar yalnız öz həmməsləklərinin fikrindədirlər.
6. Aralarında ciddi ixtilaf olan yəhudi və məsihilər İslamı məhv etmək üçün yaxınlaşmışlar.
7. Kafirlər yalnız öz aralarındakı əhdə vəfa edirlər. Onlar müsəlmanlarla bağladıqları əhdə sadiq deyillər.
8. Kafirlərin hakimiyyətini qəbul etmiş müsəlman dövlətləri onlardan sayılırlar. (İnsan dost tutduğu ünvandan sayılır.)
9. Nə kafirləri rəhbər tutun, nə də kafirləri rəhbər tutanlara tabe olun.
10. Kafirlərin hakimiyyətinin qəbulu ilahi hakimiyyətdən çıxmaqdır.
11. Kafirlərə arxalanmaq zülmdür.