Əl-Maidə surəsi - Ayə: 56

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 56
Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 56. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 56 MÖHSÜN QƏRAƏTİ.

"Hər kəs Allahı, Onun peyğəmbərini və (əvvəlki ayədə bəyan olunmuş) möminləri özünə rəhbər götürsə (Allahın firqəsindəndir). Həqiqətən, Allahın firqəsi qalibdir.”
Nöqtələr
Əvvəlki ayə haqqında danışılarkən bəyan olundu ki, "o kəslər ki, iman gətirmişlər” təbiri Həzrət Əli (ə) və ondan sonrakı məsum imamlara aiddir.
Allah firqəsinin nişanələri "Mücadələ” surəsinin 22-ci ayəsində belə bəyan olunmuşdur: "Yaranış və məada imanları var; Allahın düşməni ilə dostluq etmirlər.”
Allah, Onun rəsulu və imamların vilayətinin qəbulunu zəruri sayan bu ayə anladır ki, əvvəlki ayədəki "vəliyyukum” təbiri dost yox, hakimə aiddir. Necə ki, "hizbullah” (Allahın firqəsi) təbiri həmin insanların qalibliyinə və qüdrətli bir quruluşa işarədir.
"Hizb” sözünün lüğət mənası qüdrətli və möhkəm bir qrup deməkdir. 
Qələbə təşkilatsız, müdiriyyətsiz, qüdrətsiz, vəhdətsiz, cürətsiz qeyri-mümkün olduğundan, hizbullahda (Allah firqəsində) bu xüsusiyyətlər olmalıdır.
Allahın firqəsi təkcə qalib deyil, o həm də nicat tapmışdır. 
Həmin surənin 52-ci ayəsində oxuduq ki, bir dəstə şəxs təhlükələrdən qorxaraq kafirlərin hakimiyyətini qəbul edir. Bu ayədə isə buyurulur: "Hizbullah qalibdir.” Yəni kafirlərə üz tutanlar məğlubdurlar. Belədirsə, kafirlərə meyl etməyin.
Bildirişlər
1. Allahın, Peyğəmbərin (s), Əhli-beytin (ə) vilayətini qəbul edənlər hizbullahdırlar.
2. Son qələbə Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) vilayətini qəbul edənlərindir.
3. Allah qalib olduğundan Ona bağlananlar da qalibdirlər. 
4. İlahi vədələrə əsaslanaraq, hizbullah öz gələcəyinə arxayındır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.