Əl-Maidə surəsi - Ayə: 47
Əl-Maidə surəsi 47. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 47 MÖHSÜN QƏRAƏTİ.
“İncil əhli Allahın o kitabda nazil etdiyi əsasında hökm etsin. O kəslər ki,
Allahın nazil etdiyi əsasında hökm etmirlər, onlar həmin azğınlardır.”
Nöqtələr
◘İlahi qanunlar əsasında əməl etməyənlər haqqında bir neçə ayədə ardıcıl
şəkildə “zalımlar”, “azğınlar”, “kafirlər” təbirləri işlədilmişdir. Belə ki, Allah
qanunlarını ayaqları altına atdıqlarına görə kafirdilər. Onlar məsuliyyət
sərhəddindən çıxdıqlarına görə azğın, bəziləri haqqında böhtana yol verdiklərinə
görə zalımdırlar.
◘44-45-ci ayələrdə yəhudilərə xitab olunur. Onlar Allah qanunlarını təhrif
etdiklərindən, dinlərini heçə satdıqlarından, Allah əvəzində xalqdan
çəkindiklərindən zalım və kafir sayılmışlar. Onlar cəmiyyətdəki fərdlərin
haqlarına qarşı zülmə yol verirlər.
Bu ayə isə məsihilər haqqındadır. Onlar İncil əsasında hökm etmədiklərindən
azğındırlar. Çünki haqqın sərhəddini aşmışlar.
Bildirişlər
1. İlahi dinlərdə haqla batili tanıma meyarı Allah tərəfindən nazil ediləndir.
2. İncildə hakimiyyət qanunları mövcuddur.
3. İstənilən bir səbəbdən ilahi qanunlar əsasında hökm etməyən və ya haqq
mühakimədən kənara çəkilən kəs azğındır.