İbrahim ‏ surəsi - Ayə: 20

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 20
Və bu (yox etmək və yenisini vücuda gətirmək) Allaha çətin deyildir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 20. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 20 MÖHSÜN QƏRAƏTİ

"Bu (dəyişiklik) Allah üçün çətin deyil.”

Nöqtələr
Quran dəfələrlə buyurmuşdur: "Biz göyləri və yeri boş yerə, oyun-oyuncaq olaraq yaratmadıq.” Digər bir ayədə buyurulur: "Bəli, kafirlərdir ki, varlıq aləminin yaranışını məqsədsiz, puç sayırlar.”
Bildirişlər
1. Göylərin və yerin yaranışı hikmət, məsləhət, müsbət məqsəd əsasında gerçəkləşmişdir.
2. Varlığımıza görə qürrələnməyək, Allahın buna ehtiyacı yoxdur.
3. Varlıq və onun davamı Allahın istək və iradəsinə bağlıdır.
4. İnsansız aləm əbəsdir. Göylərin və yerin yaranışının əbəs olmaması üçün bir dövrün insanları aparılsa da, onların yerinə başqaları gətirilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ