İbrahim ‏ surəsi - Ayə: 18

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 18
Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 18. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 18 MÖHSÜN QƏRAƏTİ

"Allaha qarşı küfr edənlər (onların əməlləri) tufanlı bir gündə bərk küləyin sovurduğu külə bənzəyir. Onlar əldə etdiklərinin bir zərrəsini belə qorumağa qadir deyillər. Bu həmin uzaq və dərin azğınlıqdır.”

Nöqtələr
Ötən ayələrdə inadkar zalımların düşdüyü zərər və məhrumiyyətdən danışıldı. Bu ayədə isə həmin zərərlər izah olunur.
Allah möminlərin pisliklərini, tövbə edərlərsə, yaxşılığa və savaba çevirər. Amma kafirlərin pis əməlləri onların yaxşı əməllərini puça çıxarar.
Quranın bir çox ayələrində kafirlərin əməllərinin puça çıxmasından danışılır. "Biz onların əməllərini gətirər və puç edərik.” Başqa bir ayədə oxuyuruq: "Qiyamətdə kafirlər üçün mizan qurular.” Ola bilsin ki, ayədə həmin nöqtəyə işarə olunmuşdur.
Bildirişlər
1. Kafirlərin əməlləri sonu küldən başqa bir şey olmayan bir oddur.
2. Kafirlərin əməlləri sizi heyrətə gətirməsin. Bu əməllər puç və səmərəsizdir.
3. Kafir tövbə və qurtuluşdan uzaqdır.
4. Küfr yaxşı əməlləri də bada verir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ