Hud surəsi - Ayə: 76
Hud surəsi 76. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 76 MÖHSÜN QƏRAƏTİ.
“(Allahın Lut qövmü ilə bağlı qərarı qəti olduğundan mələklər İbrahimin
şəfaət istəyinə belə cavab verdilər:) “Ey İbrahim! Bundan gözünü çək.
Həqiqətən, Allahın fərmanı çıxarılıb və qarşısı alınmaz əzab hökmən onları
yaxalayacaq.”
Nöqtələr
◘74-cü ayədə həzrət İbrahim Lut qövmünə əzabla bağlı mübahisəyə başladı.
76-cı ayədə buyurulur ki, ey İbrahim, bu mübahisədən əl çək. Bu iki ayə arasında
İbrahimin şəxsiyyət və məqamının qorunması üçün onun yalnız canıyananlıqdan
mübahisəyə qatıldığını önə çəkmək məqsədi ilə bu Allah peyğəmbərinin
həlimliyi, ah-nalə əhli olması, təslimçiliyi qeyd olunur.
Bildirişlər
1. Peyğəmbərlər bəşəriyyətin ən canıyanan rəhbərləridirlər. Onlar öz
dözümləri, ah-nalələri, duaları ilə xalqın qurtuluşu üçün çalışırlar.
2. Hər hansı xəbərdarlıqda insanın məqam və şəxsiyyəti gözlənilməlidir.
3. İbrahim şəfaət istədiyi vaxt əzabın qətiliyindən xəbərsiz idi.
4. Allahın əzabı da tərbiyə məqsədi ilə nazil olur.
5. Bə`zən peyğəmbərlərin də şəfaəti qəbul olunmur. Allahın fərmanı qəti
olduqda heç bir məqam onun qarşısını ala bilməz.