"Onlar Allaha cinlərdən şəriklər qərar verdilər. Halbuki onları da Allah yaratmışdı. Nadanlıq səbəbindən Allah üçün oğlanlar və qızlar uydurdular. Allah onların vəsflərindən üstün və pakdır.”
Bir şeyin hesabla vücuda gətirilməsi "xələqə” adlanır. "Xərəqə” isə bir şeyin hesabsız paralanmasıdır. "Xərəqu”, yəni diqqət və götür-qoysuz bir mətləbi açıqlamaq, ya da hesabsız düzəltmək və dəlilsiz iddia etməkdir.
Quranın bildirdiyinə əsasən, məsihilər həzrət İsanı, yəhudilər isə həzrət Üzeyri Allahın oğlu sayırdılar. Bəziləri də mələkləri Allahın övladları kimi qəbul edirdi. Zərdüştilər cinlərdən olan Əhriməni Allaha rəqib qərar vermişdilər. Onlar bütün pislikləri Əhrimənə aid edirdilər. Bəzi ərəblər də Allahla cin arasında hansısa qohumluğun olduğuna inanırdılar. Bu ayə həmin gümanları batil sayaraq buyurur: "Allah bütün bu sifətlərdən pak və üstündür.”
1. Cəhalət xurafata meylin köküdür. (İnsanın Allaha əqidəsi elmə əsaslanmalıdır.)
2. Yaranmış yaradana necə şərik ola bilər?!
3. İzdivac və övlad sahibi olma hansısa naqisliyi tamlaşdırmaq üçündür. Allah bu sayaq eyblərdən pakdır.