"Sizə xoş gəlməsə də, sizin üçün cihad müəyyənləşdirildi. Çox olsun ki, xoşlamadığınız bir şey sizin xeyrinizə olsun. Çox olsun ki, bir şeydən xoşunuz gəlsin, halbuki onda sizə zərər və şər var. Allah (sizin xeyrinizi) bilir və siz bilmirsiniz.”
"Kurh” sözü insanın öz daxilindən hiss etdiyi məşəqqət mənasını bildirir. Məsələn, savaşdan qorxu. Məsələn, "Fussilət” surəsinin on birinci ayəsindəki kimi məcburi bir hökm: "Göylərə və yerə dedik: Ya rəğbətlə, ya da ikrahla gəlin. Dedilər: biz rəğbətlə gəlirik.”
Əvvəlki ayə mal verilməsinə aid idi. Bu ayədə isə canın verilməsindən danışılır.
Savaşa qarşı ikrah doğuran şey ya rahattələblik ruhiyyəsidir, ya insana sevgi və başqalarına rəhmdir, ya da düşmənin daha güclü olmasıdır. Quran buyurur: Siz cihadın əsərlərini və nəticələrini bilmirsiniz. Diqqətiniz yalnız onun zahiri və maddi zərərlərinə yönəlmişdir. Halbuki Allah müxtəlif yönümlərdən işlərin bugünkü və sabahkı təsirindən və sirlərindən xəbərdardır.
Savaş bütün çətinlikləri ilə yanaşı, müsbət təsirlərə və faydalara malikdir. O cümlədən, döyüş qabiliyyəti yüksəlir, düşmənin cəsarəti azalır, cəmiyyətdəki fərdlərdə məsuliyyət və fədakarlıq hissi yaranır, İslam və müsəlmanların qüdrət və izzəti dünyaya bəyan edilir, qeybi yardımlar nazil olur, Allahdan yardım ruhiyyəsi vücuda gəlir, ilahi əcr və savab əldə olunur, yaradıcılıq, ixtira, kəşf ruhiyyəsi dirçəlir.
Digər dinlərdə cihad məsələsi:
Bu gün dünyadakı sülh təbliğatının əksinə olaraq, din yolunda cihad məsələsi bütün səmavi dinlərdə təsbit olunmuşdur və qəti zərurətdir.
Tövratda oxuyuruq:
- Şəhər sakinlərini qılıncla öldür və yüklərini götür.(Tövrat, s. t. b. 20, c. 1. )
- Onların hamısını öldür və rəhm etmə.(Tövrat, s. t. x. c. 36. )
- Döyüş üçün meydana çıxdıqda düşməni çox görüb qorxma.(Tövrat, s. ə. b. 31, c. 3. )
- Qardaşını, dostunu və qonşusunu öldürsün ki, buzovpərəstliyin kəffarəsi olsun.(İncil, m. b. 10, c.7. )
- Musa cəmiyyəti döyüşə apardı və mühüm bir savaş baş verdi.(İncil, m. b. 10, c.39. )
Məttanın İncilində oxuyuruq:
- Güman etməyin ki, yer üzündə salamatlıq qoymağa gəldik. Gəlmədik ki, bir salamat qoyaq, yalnız qılıncı.(İncil, l. b. 22, c. 36. )
- Hər kəs canını qorusa həlak olar, hər kəs canını Mənə görə həlak etsə, onu əldə edər.(Bax: "Zumər”, 53. )
Luqanın İncilində oxuyuruq: - Mənə tabe olmaq istəməyən düşmənləri burada hazır edib qarşımda qətlə yetirin (İncil, l. b. 19, c. 28)
- Kimin qılıncı yoxdursa, libasını satıb qılınc alsın.("Kafi”, c. 2, s. 72. )
Quranın "Ali-İmran” (a. 147), "Maidə” (a. 24), "Bəqərə” (a. 246) surələrində ötən dinlərdə savaş və cihadın olmasından danışılır.
1. Xeyir və şərin ölçüsü asanlıq və çətinlik, şəxsi meyllər deyil. Ölçü gerçək xeyirdir. Öz ehtimallarımıza istinad etməməliyik.
2. Nəfsdən doğan ikrah və sevgi xeyir və şər nişanəsi deyil.
3. Din yolunda savaş və cihad xeyir mayasıdır.
4. Öz sonsuz elmi ilə bizə göstəriş verən Allahın fərmanına təslim olaq. Hətta həmin göstərişlərin dəlilini bilməsək də!