"Dünya həyatı kafirlərin gözündə cilvələnmişdir. Ona görə imanlıları məsxərəyə qoyurlar. Halbuki möminlər və təqvalılar qiyamət günü onlardan üstündürlər. Allah istədiyi kəsə saysız ruzi mərhəmət edir.”
Bu ayə həm kafirlərə xəbərdarlıq edir ki, dünya bərbəzəyinə uymasınlar və möminləri məsxərəyə qoymasınlar. (Çünki səhnələrin dəyişəcəyi qiyamət var), həm də möminlərə təsəlli verir ki, kafirlərin məsxərəsindən peşman olmasınlar və gələcəyə ümid bağlasınlar.
1. Küfr insanın gözündə dünyanı cilvələndirir. Bəli, dünya o kəslər üçün cilvələnir ki, qiyamətin sonsuz lütf və nemətlərinə etiqadsızdırlar. Möminin nəzərində isə behişt dünya ilə müqayisəyə gəlməz!
2. Dünyapərəstlik başqalarının təhqirinə və onlara istehza edilməsinə səbəb olur.
3. Yoxsulların məsxərəyə qoyulması dünya əhlinin daimi səciyyəsidir. (Felin gələcək zaman forması davam nişanəsidir.)
4. Qiyamətdə üstünlük o möminlərə məxsusdur ki, kafirlərin zəhərli sözləri onların təqvasını sındıra bilməmişdir.
5. Hesabsız ruzi ilahi ruhun nişanəsidir. Bu o demək deyil ki, Allah hesab çəkmir və ya bölgünü hikmətlə aparmır.