Əl-Bəqərə surəsi - Ayə: 214

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 214
Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 214. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 214 MÖHSÜN QƏRAƏTİ.

"Keçmişdəkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onlar çətinliyə, sıxıntıya düçar olub elə alt-üst oldular ki, peyğəmbər və ona iman gətirib yanında olanlar dedilər: "Allahın yardımı nə vaxt olacaq?” Agah olun ki, Allahın yardımı yaxındadır.”
Nöqtələr
"Bəsa” insana xaricdən hücum çəkən çətinliklərdir. Məsələn, savaş, oğruluq. "Zərra” isə xəstəlik, yara kimi daxili çətinliklərdir.
Ayədə keçmişdəki möminlərin çətinliklər qarşısındakı dözümü yada salınır və müsəlmanlara təsəlli verilir. Çətin hadisələr ilahi sınaqdır. Mala və cana aid olan bəlalar hamısı insanın tərbiyəsi üçündür.
Hər bəlada əta var, görə bilsən, Bir səfa başlayır qurtaranda qəm.
Hər əziyyət altda yatmış xəzinə, Baxsan gül görünər tikanlar sənə.
Həzrət peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: Behişt çətinliklərlə hörülmüşdür.(Saffat”, 172. ) Digər bir rəvayətdə belə nəql olunur: "Möminlər üçün dünya çətinlikləri elə bir mükafatdır ki, başqaları deyərlər: "Ey kaş, bu çətinliklər daha ağır halda bizim üçün olaydı.”("Mucadələ”, 21. ) Bəli, çətinlik inkişaf, Allaha yaxınlıq amili və behiştə giriş yoludur.
Xəzinə tapmadı tər axıtmayan, Çatdı öz haqqına, kim ki, verdi can.
Duanın gec qəbul olunması sizi tərəddüdə salmasın. Allah dəfələrlə belə bir vəd vermişdir: Peyğəmbərlərə və Bizim bəndələrimizə hökmən yardım olunar.”("Bihar”, c. 77, s. 58. 
) Başqa bir ayədə oxuyuruq: Allah yazmışdır ki, Mən və rəsullarım qalibik.”(Tövrat, s. t. b. 13, c. 15. ) Hər halda Allah qələbə vədi vermişdir. Müəyyən səbəblərdən vədlər təxirə düşə bilər. Amma bu təxir kimsəni tərəddüdə salmamalıdır.
Bildirişlər
1. Heç bir çətinlik görmədən, yalnız iman səbəbindən behiştə getmək intizarı düzgün intizar deyil.
2. Allahın sünnətində, qanunlarında heç bir dəyişiklik yoxdur. Bütün millətlər, ümmətlər və fərdlər sınaqdan keçməlidir.
3. Başqalarının çətinliklərinə diqqət insan üçün təskinlik amilidir. Tarixdən ibrət götürün.
4. Hazır olaq; ilahi sınaqlar bəzən o qədər çətin olur ki, hətta peyğəmbərlər də iztirab keçirir.
5. Çətinliklər zamanı peyğəmbərlər xalqdan uzaqlaşmamışlar.
6. Duanın qəbul olma şərtlərindən biri çarəsizlik və Allahdan qeyrisindən ümidi kəsməkdir.
7. Çətinliklərdən rahatlıq tapmaq üçün Allahın yardımını yada salmalıyıq.
8. Müqavimət ilahi yardımlardan faydalanmanın zəminəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.