Nöqtələr
Bu ayədə "xeyir” sözü iki dəfə işlədilmişdir: Biri xeyir infaq, digəri xeyir iş. Məlum olur ki, hətta pulu olmayanlar xeyir əməllə məqsədlərinə çata bilərlər.
Hədisdə oxuyuruq: "Qohumlar ehtiyaclı olduğu halda başqalarına sədəqə növbəsi çatmaz.”(Tövrat, s. t. b. 7, c. 3. )
İnfaqda əhəm və mühüm qaydalarına riayət olunur, kamil məlumat və mərhəmət ölçüləri nəzərə alınır.
İnfaq beş növdür:
1. Vacib infaq; məsələn: zəkat, xüms, kəffarə, fidyə, kişinin öhdəsində olan dolanışıq nəfəqəsi.
2. Müstəhəb infaq; məsələn, miskinlərə, yetimlərə kömək, dostlara hədiyyə.
3. Haram infaq; məsələn, qəsbi maldan infaq və ya günah yolda infaq.
4. Məkruh infaq; məsələn qohumlar arasında ehtiyaclı olduğu halda başqalarına infaq.
5. Mübah infaq. Başqalarının həyat şəraitini yaxşılaşdırmaq üçün edilən infaq. (Çünki fəqirliyi aradan qaldırmaq üçün edilən infaq vacib və müstəhəbdir.)
1. İnfaqın növünü, şəraitini və yolunu vəhy məktəbindən öyrənmək lazımdır.
İmam Səccad (ə) "Məkarimul-əxlaq” duasında Allahdan istəyir ki, onu infaq etməkdə hidayət buyursun.
2. Xalqın sualı Allah tərəfindən cavab nazil olması üçün zəmindir.
3. İnfaq böyük və kiçik işlərə şamil olunur.
4. Var dövlət, dünya malı imanlı insanların əlində xeyir mayasıdır.
5. Yaxşı və rəğbət doğuran şeylər infaq olunmalıdır.
6. İnfaq təkcə maddi şeylərə aid deyil və hər bir xeyir ona daxildir.
7. İnfaq ediləsi ən yaxşı ünvan valideyn və yaxınlardır.
8. Qohumlara infaq ailə əlaqələrinin möhkəmləndirilməsi səbəbidir. Başqalarına infaq isə ehtiyaclıların maddi və mənəvi çətinliklərini aradan qaldırır, təbəqələrarası ziddiyyəti yumşaldır.
9. Həkim (hikmət sahibi) o kəsdir ki, verdiyi cavabda işarə etdiyi məsələlərdən sual verən şəxs xəbərsiz olsun. Ayədə infaqın nədən olması soruşulur. Allah nümunələr müəyyənləşdirir.
10. İslam kasıb təbəqəyə xüsusi diqqət göstərir.
11. Saleh əməl istər aşkar olsun, istər məxfi, istər az olsun, istər çox, heç vaxt zay olmur.
12. Allahın bizim işlərimizdən xəbərdar olmasına iman ən yaxşı təşviqdir.