Əl-Bəqərə surəsi - Ayə: 208

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 208
Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 208. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 208 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! Hamınız sülhə və barışa gəlin. (Allaha mütləq təslim olun,) Şeytanın addımlarına tabe olmayın ki o, sizin aşkar düşməninizdir.”
Nöqtələr
Quran aşağıdakı qruplarla sülhlə keçinməyi sifariş edir:
1. Əziyyət verməyən müşriklərlə; "Sizinlə savaş fikrində olmayan və vətəninizə təcavüz etməyən kəslərlə xoşrəftarlı olun.”(Bax: "Bəqərə”, 208. )
2. Kitab əhli ilə; "Kitab əhlinə de ki, o şeylərdə ki, əqidəmiz eynidir, gəlin bir olaq.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 205. )
3. Digər müsəlmanlarla;(Bax: "Bəqərə”, 47. )
Əvvəlki bir neçə ayədə həcdə böyük ictimai-siyasi toplantı haqqında danışılarkən, buyurulmuşdu: "Orada günaha yol verməyin, pis danışmayın.” Demək, cəmiyyəti günahdan və pis danışıqdan pak saxlamaq olar. Həmişə belə olsa və təfriqə səbəbi olan şeytan addımlarından çəkinsək, necə də yaxşı olar!
Çoxsaylı rəvayətlərdə dostluq məsum rəhbərə itaət kimi qeyd olunmuşdur.(Bax: "Bəqərə”, 61. ) Təbii ki, qalaya daxil olmaq salamatlıq və rahatlıq əldə etməkdir. Bundan da şirin hiss olarmı ki, insan ilahi, məsum, agah, qayğıkeş, bütün dəyər və kamilliklərdə üstün bir rəhbəri olduğunu hiss etsin?!
Bildirişlər
1. Dostluq, salamatçılıq, təslim fəzasına yalnız iman sayəsində daxil olmaq mümkündür.
2. Şəxsi səliqələri bir kənara qoyub, yalnız Allah qanunlarına təslim olaq.
3. Sülh yaradılması bütün müsəlmanların vəzifəsidir.
4. Şeytani vəsvəsələr insanı günaha məcbur etmir. İnsanın şeytanla mübarizə gücü var. Ona görə də insana tağuta itaət etməmək tapşırılır.
5. Şeytan insanı addım-addım çaşdırır.
6. Şeytanın çaşdırma yolları çoxdur.
7. Şeytan sülh və vəhdətin düşmənidir. Təfriqə yaradan bütün kürsülər şeytanın kürsüsüdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.