"Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat var. Bəlkə siz təqva yolunu tutasınız.”
Ayədə sanki qisas hökmü ilə bağlı ziyalınümalar tərəfindən irəli sürülmüş iradlara cavab verilir. Quranda buyurulur: "Qisas hökmü bəşər cəmiyyəti üçün həyat təminatçısıdır. Qisas şəxsi münasibət və intiqam deyil. Qisas ictimai təhlükəsizliyin təminatçısıdır. Cəmiyyətdə təcavüzkardan qisas alınmasa, ədalət və əmniyyət aradan gedər. Belə bir cəmiyyətin sanki həyatı yoxdur, o ölüdür. Necə ki, tibdə, əkinçilikdə və heyvandarlıqda insanın, bitkinin və heyvanın həyat şərti mikrobların və bəlaların aradan götürülməsidir.
Əgər qatilin psixoloji baxımdan gərgin vəziyyətdə olduğunu əsas gətirib onu azad etsək, onu növbəti cinayətlərə cəsarətləndirmiş olarıq. Çünki heç bir cinayətkar psixoloji baxımdan aram vəziyyətdə cinayətə əl atmır. Əgər psixoloji sarsıntı əsas götürülərsə, onda bütün cinayətkarlar azad edilməlidir. Belə olsa bütün cəmiyyət savaş meydanına çevrilər və həyəcanlanmış insanlar bir-birlərini qətlə yetirərlər. Elə düşünməyin ki, bugünkü dünyamız məhəbbət dünyası, qisas qanunu isə sərtlikdir. Qisas qanununu bəşər haqlarına zidd saymaq olmaz. İslam qisas hökmü ilə yanaşı bağışlamaq və qan bahası almaq haqqı da vermişdir. Belə bir münasibət də düzgün deyil ki, günahkarlardan qisas almaq əvəzinə, onlardan zindanlarda iqtisadi inkişaf üçün istifadə edilməlidir. Belə bir proqram ictimai asayişi təmin etmir. Əsas məsələ insanlıq məqamı və ədalətli cəmiyyətdir. Bu gün təhlükə dolu və istehsal gücü hər gün artan dünyanı alqışlamaq olmaz, xüsusi ilə belə bir inkişaf məhbus edilmiş cinayətkar ünsürlərin əli ilə həyata keçərsə!
Qisas qanunu ədalətin, əmniyyətin və cəmiyyətin diriliyinin zəmanətçisi olduğundan ayənin sonunda buyurulur: Bu qanunun icrası başqa qətllərin qarşısını alır.
Həyat bir neçə növdür:
1.Təbii həyat; məsələn, baharda yağışdan sonra torpağın oyanması.("Bəqərə”, 154. )
2. Mənəvi həyat; məsələn, xalqın həyat amili olan peyğəmbər dəvəti.("Bəqərə”, 28. )
3. Şəhidlər üçün olan bərzəx həyatı("Səfinətül-bihar”. );
4. Hamı üçün olan axirət həyatı("Səfinətül-bihar”. );
5. Təhlükəsizlik və ədalət sayəsində qorunan ictimai həyat.
1. Ədalətin icrası cəmiyyətin həyatının təminatçısıdır.
2. Həlimlik və sərtlikdə tarazlıq gözlənilməlidir. Rəhman və rəhim olan Allah qisası həyat rəmzi sayır.
3. Təhlükəli ünsürün aradan götürülməsi ağıla uyğun bir əsasdır.
4. Mühakimə yürütməyə tələsməyin. Səthi bir baxışla qisas yaxşı görünməyə də bilər. Amma dərin düşüncə ilə araşdırsanız, görərsiniz ki, qisas həyat rəmzidir.
5. Təqva və günahdan uzaqlıq istər ibadi, istərsə də hüquqi-dini hökmlərin fəlsəfəsidir.
6. Qisas insanları qətlin təkrarından uzaqlaşdırır.