Əl-Bəqərə surəsi - Ayə: 109

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 109
Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 109. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 109 MÖHSÜN QƏRAƏTİ.

"Kitab əhlindən bir çoxu daxillərində olan həsəd səbəbindən sizi iman gətirdikdən sonra küfrə qaytarmaq istəyirlər. Hansı ki, haqq onlara aydındır. Allah Öz fərmanını göndərənədək siz (həsədlərinə görə) onları bağışlayın. Həqiqətən, Allah hər işə qadirdir.”
Nöqtələr
"Əfv” xilaf işin bağışlanmasıdır. "Səfh” nöqsanı görməməzliyə vurmaqdır.
Qəlbində sizin kafirliyinizi arzulayan düşmən əməldə heç bir hiylə və qurğudan çəkinməyəcək. Onlar bu istiqamətdə yersiz suallar, vəsvəsələr, şübhələr ortaya qoyacaqlar. Bütün bunlardan xəbərdar olmaq lazımdır.
Bildirişlər
1. Düşmənlərinizin ruhiyyəsinə və proqramlarına diqqətli olun.
2. Düşmənlə də insaflı rəftar etmək lazımdır. (Ayədə buyurulur ki, kitab əhlinin hamısı yox, çoxu belədir.)
3. Həsəd şöləsi o qədər təhlükəlidir ki, elm və agahlıqdan sonra da sönmür.
4. Siz İslama iman gətirməklə elə bir əzəmət və izzət əldə edirsiniz ki, düşmənlər sizə həsəd aparır və sizi cahiliyyət dövrünün şirk və təfriqəsinə qaytarmaq istəyirlər.
5. Müxaliflərlə dərhal sərt rəftara keçmək olmaz. Bəzən onların kin və həsədindən xəbərdar olmağımıza baxmayaraq, müdara ilə keçinməliyik.
6. Əfv fərmanı müvəqqəti şəkildə o vaxtadək davam etməlidir ki, müsəlmanlar həvəsdən düşüb, düşmənlər cəsarətə gəlməsinlər.
7. Bağışlamaq zəiflik əlaməti deyil. Allah bütün işlərə qadirdir və O, bu gün də sizi düşmənə qalib edə bilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.