Əl-Bəqərə surəsi - Ayə: 107

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 107
Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və höküməti yalnız Allaha məxsusdur?! (Çünki hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun istəyindən asılıdır.) Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 107. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 107 MÖHSÜN QƏRAƏTİ.

"Məgər bilmirsənmi ki, göylərin və yerin hökuməti Allaha məxsusdur? (Onun hikmət əsasında dəyişiklik etməyə haqqı var.) Sizin Allahdan başqa heç bir yardımçınız və himayədarınız yoxdur.”

Nöqtələr
Bəzi hökm və göstərişlərin dəyişməsinə etiraz edənlər Allahın mütləq hakimiyyətinə diqqətsizdirlər. Allahın hakimiyyəti daimi, zati və ümumidir. Allahın hakimiyyətindən qeyri hakimiyyətlər məhdud, müvəqqəti, razılığa əsaslanan və qeyri-zatidir. Bəni-İsrail ilahi hakimiyyət haqqında belə düşünürdü ki, Allah hansısa işi görməkdə qüdrətsizdir və Onun əli bağlıdır.("Təfsiri-Fəxr Razi”.  ) Hansı ki, yaranışda, eləcə də qanunların tənzimlənməsi və dəyişdirilməsində Allahın əli açıqdır.
Bildirişlər
1. Göylərin və yerin həmişəlik və mütləq hakimiyyət haqqı Allaha məxsusdur.
2. Qanunları dəyişmək göylərin və yerin hakimi olan Allahın işidir. Ona görə də bu dəyişiklikdə qorxu və təlaşa yer yoxdur...
Bəhanəçi və inadkar adamları razı salmağa çalışmayın. Çünki sizə Allahdan başqa yardımçı və himayəçi yoxdur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.