Əl-Bəqərə surəsi - Ayə: 108

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 108
. Yoxsa siz də Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən kimi (qeyri-mümkün və ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən şəxs, həqiqətən, doğru yolu itirmişdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 108. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 108 MÖHSÜN QƏRAƏTİ.

"Bundan qabaq Musa sorğu-suala tutulduğu kimi, siz də öz peyğəmbərinizə yersiz sual və istəklərinizi ünvanlamaqmı istəyirsiniz? Küfrü imanla mübadilə edən, şübhəsiz, doğru yoldan azmışdır.”
Nöqtələr
Ayənin özünə və onun nüzul şəni haqqındakı məlumatlara görə, bəzi zəif imanlı müsəlmanlar və bəzi müşriklər peyğəmbərə yersiz və məntiqsiz suallar verirdilər. Məsələn, ondan istəyirdilər ki, Allah tərəfindən bir namə gətirsin. Ondan çaylar axıtmasını tələb edənlər də vardı. Bəni-İsrail kimi deyirdilər ki, Allahı bizə aşkar göstər, Onu görüb iman gətirək!
Peyğəmbərin haqlı olduğunu göstərmək üçün möcüzəyə və höccətin tamamlanmasına ehtiyac var. Amma hər yoldan ötənin istəyini yerinə yetirmək düzgün deyil. Bir mühəndis və ya rəssam öz məharətini göstərmək üçün işlərindən bir neçə nümunə təqdim edir. Amma hər yoldan ötən üçün əsər yaratmağa zərurət yoxdur.
Peyğəmbərlərin tarixini və onların rastlaşdıqları çətinlikləri bəyan etməkdə məqsəd İslam peyğəmbərinə təsəlli verməkdir. Peyğəmbərə bildirilir ki, əvvəlki peyğəmbərlərə də belə yersiz istəklərlə müraciət olunmuşdur.
Bildirişlər
1. Yersiz sual və istəklərdən çəkinin. Bəzən bu işlər küfr zəminəsi yaradır.
2. Digər din ardıcılları üçün olan təhlükələr müsəlmanlar üçün də mövcuddur.
3. Başqalarının aqibətindən ibrət götürün.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.