Əl-Bəqərə surəsi - Ayə: 116

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 116
Və (kitab əhli) dedi: «Allah (Özü üçün) övlad götürmüşdür!» O (bütün bunlardan) pakdır! Əksinə, göylərdə və yerdə olanların hamısı Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun əlindədir). Hamı Onun qarşısında təslimdir. (Belə olan halda, mülkiyyət necə övlad ola bilər və mülkiyyət sahibinin ona nə ehtiyacı var?)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 116. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 116 MÖHSÜN QƏRAƏTİ.

"(Kitab əhli və müşriklərdən bəziləri) dedilər: "Allah özü üçün övlad götürmüşdür.” O, (bu sifətdən) münəzzəh, pakdır. Göylərdə və yerdə olanlar Onundur. Hamı Onun qarşısında itaətdədir.”
Nöqtələr
Kitab əhli və müşriklərin hər biri bir şəkildə Allahın övlad sahibi olduğunu düşünmüşlər. Yəhudilər deyirdilər ki, Uzəyr (Üzeyir) Allahın övladıdır.(Tövbə”, 30. ) Məsihilər isə həzrət İsanı Allahın oğlu bilirdilər.("Nəhl”, 57. ) Müşriklər də öz növbəsində mələkləri Allahın övladları kimi tanıyırdılar.("Kafi”, c. 1, s. 109. ) Uyğun ayə bütün bu yersiz və yanlış düşüncələri rədd edir, Allahın zatının bu sayaq sifətlərdən pak olduğunu bəyan edir.
Allahı özümüzlə müqayisə etməyək. İnsanın övlada ehtiyac duymasının aşağıdakı səbəbləri var:
1. İnsanın ömrü məhduddur, özünün və nəslinin davamını istəyir.
2. İnsanın qüdrəti məhduddur, onun köməkçiyə ehtiyacı var.
3. İnsan məhəbbətə ehtiyaclıdır və munis axtarışındadır.
Amma Allah bütün bu ehtiyaclardan və çatışmazlıqlardan uzaqdır, pakdır. Əksinə, göylərdə və yerdə olanların hamısı Onun qarşısında təvazödədir.
Bildirişlər
1. Göylərin və yerin ixtiyarı əlində olan Allahın övlad götürməyə nə ehtiyacı var?!
2. Yalnız varlıq aləminin sahibi qarşısında xüşu və təvazö yerlidir. Bir milçək yaratmaqda aciz olan və kiçik zərəri dəf edə bilməyən zalımların və bütlərin qarşısında təvazökarlıq olmaz.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.