Əl-Bəqərə surəsi - Ayə: 112

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 112
Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 112. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 112 MÖHSÜN QƏRAƏTİ.

"Bəli, Allaha ixlasla üz tutub, yaxşı iş görənin mükafatı Allahın yanındadır. Onun üçün nə qorxu var, nə də qəmgin olacaq.”
Nöqtələr
Ayə behiştə daxil olma səbəbi kimi Allaha təslim olmağı və xeyir əməli önə çəkir. Yəni behişt boş vədlərə və şüarlara verilmir. Behiştə daxil olmaq üçün iman və saleh əməl lazımdır.
Bildirişlər
1. Behiştə daxil olmaq üçün boş arzu-xəyallara qapılmaq əvəzinə Allaha təslim olmaq, daxilən iman gətirmək və saleh əməl sahibi olmaq lazımdır.
2. Xeyir əməl insanın səciyyəvi xüsusiyyətinə çevrilməlidir. Mövsümi şəkildə, arabir xeyir işlər görmək kafi deyil.
3. Mükafat vermək rübubiyyət şənindəndir.
4. Hər kəs Allaha xalisliklə üz tutsa, həm kamil bəhrə götürər , həm də qəm-qüssədən uzaq olar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.