Əl-Bəqərə surəsi - Ayə: 114

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 114
Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 114. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 114 MÖHSÜN QƏRAƏTİ.

"Allahın məscidində onun adının çəkilməsinə imkan verməyən və oranı xaraba qoymağa çalışanlardan da zalımı varmı? Onlar məscidlərə yalnız qorxu ilə girmək haqqına malikdirlər. Onların dünyada bəhrəsi rüsvayçılıq, axirətdə isə böyük əzabdır.”
Nöqtələr
Ayənin nazil olma şənindən və bəzi rəvayətlərdən məlum olur ki, söhbət məscidləri xaraba qoymaq istəyənlərdən gedir. Tarixdə məscidlər dəfələrlə zalım hakimlər və azğın insanlar tərəfindən xaraba qoyulmuş və rövnəqdən salınmışdır. Fetlos adlı birinin rəhbərliyi ilə məsihilər tərəfindən Beytül-Müqəddəsin xaraba qoyulması, Tövratın yandırılması hadisəsindən tutmuş Qüreyş tərəfindən müsəlmanların Məscidül-Hərama daxil olmasının qarşısının alınmasınadək, uyğun fəaliyyətin bir çox nümunələri ilə rastlaşırıq.
Bu gün də oxşar hadisələrin şahidi oluruq. İlkin İslam dövründə "Bəqi” imamlarının qəbirləri kənarında tikilmiş məscidlər şirklə mübarizə adı altında viran qoyulur. Hindistanda tarixi Babiri məscidinin xaraba qoyulması da deyilənlərin sübutudur. Bütün bunlar zalım hakimlərin küframiz ruhiyyəsindən danışır. Onlar tövhid mərkəzlərində Allah adının yad edilməsindən qorxu hissi keçirirlər.
Bu ayə övladlarının məscidə getməsinə maneçilik törədən valideynlərə bir xəbərdarlıqdır.
Məscidin xaraba qoyulması zülm olduğu kimi, onun abad edilməsi də işlərin ən xeyirlisidir.("Təfsiri-bürhan” ; "Təfsiri-Rahnüma”. )
Bildirişlər
1. Əqidə zülmü ən böyük zülmdür. (Quranda "əzləm” Allaha iftira və Onun evinin bağlanması mənasında işlədilmişdir. Hər iki mənada əqidə yönümü var.)
2. Məscid təkcə bel-külünglə xaraba qoyulmur. Məscidi rövnəqdən salan hər bir iş onun xaraba qoyulması sayılır.
3. Yalnız Allah adının diri saxlandığı məscidlər məqbul sayılır. Məsciddə Allahın hökmləri, onun bəyəndiyi mövzular bəyan olunmalıdır.
4. Düşmən məscidin qapısından, divarından qorxmur. Onun qorxusu Allah adının yad edilməsi və müsəlmanların ayıqlığıdır.
5. Məscidlər mübarizə səngəridir. Ona görə də düşmən məscidləri xaraba qoymaq istəyir.
6. Məscid rövnəqli, mənəviyyatlı və hərbi komandanlıq səngəri olmalıdır.
Casus hərbi yerlərə girməkdən qorxub dəhşətə düşdüyü kimi, müxaliflər də məscidə qorxu içində daxil olmalıdırlar.
7. Dini müqəddəsliklərlə mübarizəyə qalxanlar qiyamətdə Allahın qəhrinə düçar olmazdan qabaq dünyada zəlil və xar olurlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.