Əl-Bəqərə surəsi - Ayə: 101

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 101
Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qur’ana və ya öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi arxa çevirdi.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 101. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 101 MÖHSÜN QƏRAƏTİ.

"Elə ki, Allah tərəfindən onlarda olanı (Tövratı) təsdiq edən peyğəmbər soraqlarına gəldi, kitab əhlindən bir qismi Allahın kitabına arxa çevirdi. Sanki bu işdən tamamilə xəbərsiz idilər.”
Nöqtələr
Yəhudi alimləri Peyğəmbərin (s) besətindən qabaq xalqa onun qarşıdakı zühuru ilə müjdə verirdilər. Onlar öz kitablarından bu peyğəmbər haqqındakı nişanələri bəyan edirdilər. Yəhudi alimlərində elə nişanələr vardı ki, onlar həzrət Məhəmmədi (s) öz övladları tək tanıyırdılar. Amma həzrətin besətindən sonra həmin nişanələri gizlədib, inkar etməyə başladılar.
Bildirişlər
1. Müxaliflərlə qarşılaşdıqda insaflı rəftar etmək lazımdır. Əvvəlki ayədə buyurulurdu ki, onların əksəri iman gətirməsə də, bir qismi başqa cürdür. Bu ayədə də qeyd olunur ki, onlardan bir qismi belədir. Yəni onların hamısına eyni gözlə baxılmamalıdır.
2. Əməl olunmayan bir elm cəhl kimidir. Bildiklərini bir tərəfə qoyub həqiqəti gizlədən alimlər, "sanki bilmirlər" təbiri ilə yad edilirlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.