Ali-İmran surəsi - Ayə: 187

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 187
Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 187. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 187 MÖHSÜN QƏRAƏTİ.

"(Xatırla,) o zaman ki, Allah kitab verdiyi kəslərdən onu hökmən xalqa bəyan etmələri və gizlətməmələri barədə əhd aldı. Onlar bu əhdə arxa çevirib, onu ucuz qiymətə dəyişdilər. Necə də pis müamilə etdilər!”
Nöqtələr
İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: "Allah kitab əhlindən əhd aldı ki, Tövrat və İncildə həzrət Məhəmməd (s) haqqında bildirilənləri xalqa bəyan etsin və gizlətməsin.("Bihar” , c. 9, səh. 192; "Təfsire-Qummi”, c. 1, səh. 128. )
Əgər bu gün dünyada milyonlarla məsihi, yəhudi və məcusi varsa, bunun səbəbi onların alimlərinin susması, haqqı gizlətməsidir. "Ətyəbul-bəyan” təfsirində nəql olunduğuna görə, iki əhd kitabında İslam və İslam peyğəmbəri haqqında altmışdan çox müjdə vardır. Amma kitab əhlinin alimləri bütün bunlara arxa çevirmişlər.
Bildirişlər
1. Allah xalqın hidayəti üçün alimlərdən xüsusi əhd almışdır.
2. Həqiqətlər elə bəyan olunmalıdır ki, xalq üçün gizli bir məsələ qalmasın.
3. Alimlərin vəzifəsi səmavi kitabı xalq üçün aydınlaşdırmaqdır.
4. Alimlər var-dövlətə və məqama çatmaq və ya onları qorumaq məqsədi ilə haqqı bəyan etməmişlər.
5. Səadət və qurtuluş üçün təkcə elm kifayət etmir. Var-dövlətə, vəzifəyə etinasızlıq da əsas məsələlərdəndir.
6. İlahi ayələrin gizlədilməsi müqabilində insan hər nə alarsa, uduzar.
7. Din və ilahi əhdlərə əməlin böyük dəyəri var. İstənilən mal və məqam müqabilində haqqı gizlədən şəxs zərərdədir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.