Ali-İmran surəsi - Ayə: 188

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 188
Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 188. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 188 MÖHSÜN QƏRAƏTİ.

"Güman etmə ki, etdikləri işlərdən şad olanlar, etmədiyi işlərə görə təriflənmək istəyənlər ilahi əzabdan qurtulmuşlar. Onlar üçün dərdli əzab var.”
Nöqtələr
Xalq üç dəstədir:
1. Bir dəstə insan gördüyü iş müqabilində xalqdan heç bir təşəkkür gözləmir.(v)
2. Bir dəstə insan gördüyü işdən xalqın xəbərdar olmasını və tərif edilməsini istəyir.("Nisa”, 38. )
3. Bir dəstə insan isə heç bir iş görmədiyi halda xalqdan tərif gözləyir.
Səlahiyyəti çatmayan məqam, ixtisas, məsuliyyət iddiasında olan kəsin qeybətini etmək caizdir.
Görülməyən işə görə tərif umacağını aradan qaldırmaq üçün İslam istənilən növ yağlı dil tökülməsini qadağan edir.
Bildirişlər
1. Xudbinlik, qürur, xalqdan tərif umacağı kimi əxlaqi çirkinliklər insanı məhvə aparır.
2. Quran istənilən bir kəsə qarşı istənilən bir halda yersiz təhlil və təfsiri məhkum edir.
3. Allah insanın təkcə əməllərini yox, həm də xeyir və şər istəklərini hesaba alır.("Nur”, 19. )
4. Həmddə bir növ sitayişlə pərəstiş çaları olduğundan şükür və mədh istəyi yox, həmd istəyi çox təhlükəlidir.
5. Günahkar şəxs peşman olub tövbə də edə bilər. Lovğa insanlar isə hətta tövbə etmək fikrinə də düşmürlər. Ona görə də belələrinin qurtuluşuna ümid yoxdur.
6. Dünyada xudbinlik, mənəm-mənəmlik xəstəliyinə tutulanlar qiyamətdə ilahi əzaba düçar olarlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.