Ali-İmran surəsi - Ayə: 184

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 184
Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən səndən öncə aydın dəlillər, (hikmətli və nəsihətli) yazılar, aydın və (din və şəriətə) aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər də təkzib olundular.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 184. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 184 MÖHSÜN QƏRAƏTİ.

"(Buna görə də,) əgər səni təkzib etdilərsə, (bu, yeni şey deyil, çünki) səndən qabaq da möcüzələr, yazılar və nur saçan kitabla gəlmiş peyğəmbərlər təkzib edildilər.”
Bildirişlər
1. Keçmişdəkilərin tarixi ilə tanışlıq insanda səbir və müqavimət ruhiyyəsini gücləndirir.
2. Bütün peyğəmbərlərin müxalifləri olmuşdur.
3. Tarix boyu peyğəmbərlərin hərəkəti mədəni, elmi və ideoloji bir hərəkət olmuşdur.
4. Peyğəmbərlərin çeşidli möcüzələri olmuşdur. Amma bütün dinlərin əsası birdir. "Bəyyinat” sözü cəm, "kitab” sözü isə tək halda işlədilmişdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.