Ali-İmran surəsi - Ayə: 189

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 189
Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 189. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 189 MÖHSÜN QƏRAƏTİ.

"Göylərin və yerin hakimiyyəti Allah üçündür. Allah hər işə qadirdir.”

Nöqtələr

Allahın dünyaya hakimiyyəti etibari (tapşırılmış) yox, həqiqidir. Çünki hər bir şeyin mövcudluğu və həyatı Onun əlindədir. Allah var etmək üçün yalnız "ol” buyurur.("Bəqərə”, 117. ) Bir şeyi məhv etmək üçün də Allahın yalnız iradəsi bəs edir.("Fatir”, 16. )

Allahın hökuməti daimi, həmişəlikdir. Allahdan qeyrilərinin hakimiyyəti isə müvəqqətidir.("Ali-İmran”, 140.) Bəli, həqiqi və daimi hökumət yalnız Allaha məxsusdur.

 

Bildirişlər

 

1. Quranda nə vaxt ilahi hakimiyyətdən danışılırsa, səmalar yerdən əvvəl zikr olunur. Bu, səmaların genişlik və əzəmətini göstərir.

2. Bir çoxlarının əlində hakimiyyət olduğu halda, hətta öz istəklərini də gerçəkləşdirə bilmirlər. Allah isə həm hökumət sahibidir, həm də hər bir işi görməyə qadirdir.

Müəllif: MÖHSÜN QƏRAƏTİ.