Ali-İmran surəsi - Ayə: 185

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 185
Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 185. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 185 MÖHSÜN QƏRAƏTİ.

"Hər bir şəxs ölümü dadasıdır. Şübhəsiz ki, qiyamət günü sizin mükafatınız kamil şəkildə ödənəcək. Hər kəs oddan uzaqlaşıb, behiştə daxil oldusa, nicat tapmışdır. Dünya həyatı aldanış səbəbindən başqa bir şey deyil.”
Nöqtələr
Bu ayə kafirlər tərəfindən incidilən və təkzib olunan peyğəmbər və digər salehlərə səbir və müqavimət ruhu verir. Ayədə buyurulur: «Hamı öləsidir və inadkarlıqlar müvəqqətidir. Bu çətinliklərə dözümün əvəzini Allah əskiltmədən əta edər.»
İmam Sadiq (ə) "hər kəs ölümü dadasıdır” ayəsi haqqında buyurur: «Bütün göy və yer əhli ölər. Yalnız ölüm mələyi, ərşi daşıyanlar, Cəbrail və Mikail qalar. Sonra ölüm mələyinə əmr olunar ki, onların da ruhunu çıxarsın. Nəhayətdə ölüm mələyi tək qalar. Nəhayət, Allahın əmri ilə o da ölər.»("Kafi”, c. 3, səh. 252. ) İmamın başqa bir buyruğuna nəzər salaq: "Ölümü dadmadan qətlə yetirilmiş kəs dünyaya qaytarılar ki, ölümü dadsın.”("Təfsire-Əyyaşi”, c. 2, səh. 202. )
Bildirişlər
1. Ölüm yolumuz üstədirsə, haqq qarşısında bir bu qədər inadkarlıq və təkəbbür nə üçündür?
2. Ölüm yoxluq deyil. O, dünyadan axirətə keçid yolu, duyulası bir gerçəklikdir.
3. Günahkarlar və cəhənnəmə sövq edən amillər cazibələrə malikdir. İnsan iman və saleh əməl gücü ilə özünü bu cazibədən qurtarmalıdır.
4. Tam cəza axirətdədir, dünyəvi mükafatlar isə dəyərsizdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.