Ali-İmran surəsi - Ayə: 125

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 125
Bəli, əgər səbr etsəniz və təqvalı olsanız və onlar həmin tezliklə və haray-həşirlə sizə üz tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 125. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 125 MÖHSÜN QƏRAƏTİ.

"Əlbəttə, əgər səbir və müqavimət etsəniz, təqvalı olsanız, düşmən üstünüzə qəzəblə gəlsə də, Rəbbiniz sizə beş min xüsusi mələklə yardım edər.”
Nöqtələr
Əvvəlki ayədə üç min yardımçı mələkdən danışılırdısa, bu ayədə beş min xüsusi mələyin yardımı yada salınır. Bu yardım döyüşçülərin səbir və təqvası sayəsində əldə olunur.
Mələklərin sayının zikri onların qüdrətinin məhdud olduğunu göstərir. "Nazil edilmiş” sözündən anlaşılır ki, mələklər Allahın hökmü altındadırlar. Onlar özbaşına heç bir iş görə bilmirlər. "Xüsusi” ifadəsi isə yardım mələklərinin ayrıca bir qüvvə olduğunu göstərir. İmam Zeynəlabidin (ə) mələklərə salamında hər bir xüsusi mələk dəstəsinin xüsusi əmr yerinə yetirdiyini bəyan edir.("Səhifeye-Səccadiyyə”, üçüncü dua. )
Bildirişlər
1. İstiqamət, təqva mələklərin və qeybi yardımların nazil olma amilidir.
2. İlahi yardımlar təkcə peyğəmbər dövrünə aid deyil.
3. Təqva ilə müşayiət olunan müqavimət dəyərlidir. Təqvasız müqavimət inadkarlıqdır.
4. Düşməndən qəflətdə qalmayaq. Düşmən qəzəb və coşqunluqla hücum edir.
5. Düşmən təqva əhlinə şiddətli hücuma keçdikdə Allah da Öz yardımını artırır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.