Yunus surəsi - Ayə: 81

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 81
Beləliliklə, elə ki, atdılar (cadularını göstərdilər), Musa dedi: «Sizin (meydana) gətirdiyiniz şey sehrdir. Şübhəsiz, Allah tezliklə onu puça çıxaracaqdır. Həqiqətən, Allah fəsad törədənlərin işini qaydasına salmaz».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 81. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 81 MÖHSÜN QƏRAƏTİ.

"Elə ki, (sehrbazlar öz sehr vasitələrini ortaya) atdılar, Musa dedi: "Sizin gətirdikləriniz cadudur, Allah tezliklə onu batil edəcək. Çünki Allah fəsad əhlinin işini düzəltməz.”
Bildirişlər
1. Batil meydan sulasa da sonda məhv olub gedər.
2. Allah-təala fəsad əhlinin yox, möminlərin işini yoluna qoyar. 
3. Sehrbaz fəsad əhli, sehr isə fəsaddır. Demək onlarla mübarizə aparmaq lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.