Yunus surəsi - Ayə: 92

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 92
Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 92. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 92 MÖHSÜN QƏRAƏTİ.

"Bu gün sənin cəsədini (dəryada məhv olmaqdan) xilas edirik ki, gələcəkdəkilər üçün ibrət olsun. Şübhəsiz, xalqın çoxu Bizim nişanələrimizdən xəbərsizdir.”
Nöqtələr
"Təfsire-Safi”də imam Rizanın (ə) belə buyurduğu nəql olunmuşdur: "Firon təpədən dırnağadək zireh və silah idi. Qaydaya görə o, suya düşdükdən sonra suyun dibinə getməli idi. Amma dalğalar o ağır bədəni sahilə atdı. Bu bir möcüzədir.”
Bildirişlər
1. Ölüm anı tövbə faydasızdır. Fürsət varkən tövbə qılaq.
2. Quran gələcəkdən və qeybdən xəbər verir. (Onlarca əsrdən sonra Fironun mumyalanmış bədəni Qahirə muzeyində saxlanılır.)
3. Zalım hakimlərin məhvindən ibrət götürmək lazımdır.
4. İlahi qüdrət və yardım nişanələrinin qorunması üçün çalışmaq lazımdır.
5. Xalqın çoxu keçmişdən ibrət götürmür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.