Yunus surəsi - Ayə: 84

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 84
Musa dedi: «Ey mənim qövmüm, əgər Allaha iman gətirmişsinizsə və Ona təslimsinizsə onda, yalnız Ona təvəkkül edin.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 84. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 84 MÖHSÜN QƏRAƏTİ.

"Musa dedi: "Ey mənim qövmüm! Əgər Allaha iman gətirib Ona təslim olmusunuzsa, yalnız Ona təvəkkül edin.”
Bildirişlər
1. Rəhbər ümmətə ruh verməlidir.
2. İman təvəkküldən ayrı deyil.
3. Allahın razılığı qarşısında təslimçilik imandan üstündür. ("İman” dedikdə Allaha iman, "təslim” dedikdə Musaya itaət nəzərdə tutula bilər.)
4. Problemləri Allaha təvəkkül və təslimçiliklə adlamaq lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.