Yunus surəsi - Ayə: 80

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 80
Beləliklə, elə ki, cadugərlər (cadu alətləri ilə) gəldilər, Musa onlara dedi: «Atacağınız şeyləri atın».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 80. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 80 MÖHSÜN QƏRAƏTİ.

"Cadugərlər (mübarizə meydanına) gəldiyi vaxt Musa dedi: "(Öz cadu vasitələrinizdən) atacağınızı atın.”
Nöqtələr
Firon mahir cadugərlərin köməyi ilə Musanın ilahi hərəkatını dayandırmaq istəyirdi.
Cadugərlər kəndir və ağac kimi vasitələri xüsusi maddələrə batırmaqla onları günəş qarşısında hərəkətə gətirirdilər.
Bildirişlər
1. Zalım hakimlər müxtəlif fitnə və təbliğatlarla peyğəmbərlərin hərəkətinə mane olmaq istəyirlər.
2. Zalım hakimlər bütün güclərini öz müxaliflərinin məhvi üçün istifadə edirlər.
3. Zalım hakimlər bəzən alim və mütəxəssisləri satın alıb öz məqsədləri yolunda onlardan faydalanırlar.
4. Mübarizəyə çağırış peyğəmbərlərin xüsusiyyətlərindəndir.
5. Peyğəmbərlər öz hədəflərinə və ilahi yardımlara əmin olduqlarından qətiyyətlə danışırlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.