|
"Yalnız cəhənnəmin yoluna (yönəldilərlər) və həmişəlik onda qalandırlar. Bu (əzab) Allah üçün asandır.”
|
|
|
"Uzaq azğınlıq” dedikdə kafirlərin ikiqat azğınlığı nəzərdə tutulur. Onların bir azğınlığı küfr, digər azğınlığı başqalarının imanına maneçilikdir. Küfr özü bir azğınlıqdırsa da, insanın özünə zülmü, başqalarının doğru yola gəlişinə maneçilik isə tarix və bəşər nəslinə zülmdür.
168-ci ayədəki "zülm” təbiri başqalarının hidayətinə maneçiliyə də işarə ola bilər. Doğrudan da, düşüncə, əqidə və mədəniyyət zülmündən böyük zülm nədir?!
Ən ağır əzablar və ən sərt təbirlər müxtəlif təbliğatlar, böhtanlar, hədələr vasitəsi ilə haqqın eşidilməsinə mane olan kafirlərə aid edilmişdir. (Bağışlamadan və hidayətdən məhrumluq, əbədi cəhənnəm əhli olmaq.)
1. Xalqı doğru yoldan ayıranlar özləri ağır bir azğınlıqdadırlar.
2. Küfr və zülm bir aradadır. Onların nəticəsi bağışlanma və ilahi hidayətdən məhrumluqdur.
3. Hidayətə mane olan zalım kafirlərin cəzası əbədi cəhənnəmdir.