Ən-Nisa surəsi - Ayə: 166

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 166
(Kitab əhlindən olan kafirlər sənə vəhy və kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu və bəşər cəmiyyətinə nazil olması – bunların hamısı Onun əzəli elmi ilədir) və (buna) mələklər də şəhadət verirlər. Allahın şahid olması kifayətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 166. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 166 MÖHSÜN QƏRAƏTİ.

"(Kafirlər bəhanə gətirirlər) Amma Allah sənə nazil etdiyi barədə şəhadət verir ki, Öz elmi ilə sənə nazil etdi. Mələklər də (sənin haqq olmağına.) Şəhadət verirlər. Allahın şahidliyi (sənin üçün) kafidir.
Nöqtələr
Quranın uca maarifinin dərs oxumamış bir şəxsin dilindən, cahil, şirkə aludə mühitdə bəyan olması, xalqın dəyişməsi, təfriqədən vəhdətə, xəsislikdən isara, şirkdən tövhidə, cəhalətdən elmə, süqutdan mənəvi yüksəlişə, islami ümmətin təşkilinə çatması peyğəmbər və dinə edilmiş lütfə Allahın şəhadətidir.
Bildirişlər
1. Haqsız zəiflətmələrin qarşısında yerli qüvvətləndirmələr gerçəkləşməlidir.
2. Dəvət yolunda peyğəmbərlərin də ilahi yardıma ehtiyacı var.
3. Hər bir din təbliğatçısının ən üstün arxası və ümid yeri Allah olmalıdır.
4. Vəhy qaynağı Allahın sonsuz elmidir. Bu səbəbdən də elmlərin inkişafı ilə hər gün Quran maarifinin üzərindən pərdə götürülür.
5. Əgər yerin bir guşəsində inadkar günahkarlar bəhanə gətirirlərsə, varlıq aləmindəki bütün mələklər sənin xeyrinə olaraq şəhadət verirlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.