Ən-Nisa surəsi - Ayə: 162

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 162
Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə - onların hamısına tezliklə böyük bir mükafat verəcəyik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 162. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 162 MÖHSÜN QƏRAƏTİ.

"Amma yəhudi və möminlərin elmdə düşüncə sahibi olanları sənə və səndən əvvəlkilərə nazil olana imanlıdırlar. Onlar xüsusi ilə namazı bərpa edənlər, zəkat ödəyənlər, Allaha və qiyamətə inanandırlar. Tezliklə onlara böyük mükafat verəcəyik.”
Nöqtələr
Quranda dəfələrlə "səndən qabaqkılara nazil olmuş” ifadəsi işlənmişdir və bu, İslam dininin son din olmasını anladır.
Hədisdə deyilir: Zəkat ödəməyənlərin namazı qəbul deyil.” İslam peyğəmbəri zəkat ödəməyən insanları məsciddən çıxarardı. Quranın bildirdiyinə görə, əsil namaz qılanlar xəsis deyil.(Bax: "Məaric”, 21, 22. )
Bildirişlər
1. Tənqiddə insaflı olmaq lazımdır. Bu ayədə yəhudilərin möminləri onların zalımlarından və haramxorlarından ayrılır.
2. İnsanın ruhunda kök atmış bilik dəyərlidir.
3. Bütün ilahi dinlərdəki bütün üsullara iman zəruridir.
4. Dinin bütün əsaslarına iman bəsləmək ilahi dinlərin hamısında zəruri hesab olunmuşdur.
5. Namaz və zəkat bütün ilahi dinlərdə öz əksini tapsa da, əhəmiyyətli olduğu üçün ayrıca zikr edilmişdir.
6. Namaz zəkatdan ayrı deyil. Namaz əhli həm də infaq əhli olmalıdır.
7. Namazın xüsusi yeri var. (Ayədə namaz haqqında "muqimun” yox, "muqimin” sözünün işlədilməsi ərəb qrammatikasına əsasən üstünlük nişanəsidir.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.