Ən-Nisa surəsi - Ayə: 164

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 164
Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 164. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 163 MÖHSÜN QƏRAƏTİ.

"Bundan qabaq əhvalatını sənin üçün danışdığımız peyğəmbərlərə və haqqında danışmadığımız peyğəmbərlərə də vəhy etdik. Allah Musa ilə danışdı, xüsusi bir danışıqla!”
Nöqtələr
Quran surələri arasında "Hud” və "Şuəra” surələrində peyğəmbərlərin əhvalatı daha ətraflı bəyan olunur.
Bütün peyğəmbərlər Allahın həmsöhbəti olsa da, bu arada həzrət Musa "kəlimullah” adlandırılmışdır. Uyğun adlandırmanın belə bir səbəbi ola bilər ki, həzrət Musa Fironla mübarizə və Bəni-İsrailin inadkarlığına dözümdə daha çox və ardıcıl şəkildə Allahla rabitədə olmuşdur. O daha çox bildiriş aldığından "kəlimullah” kimi yad edilmişdir.
Bildirişlər
1. Peyğəmbərlərin tarixi ilə tanışlıq o qədər faydalı və ibrətamizdir ki, Allah da bu məsələyə diqqət yetirir.
2. Peyğəmbərlərin sayı Quranda sadaladığından çoxdur.
3. Bütün tarixi dinləməyə nə ömür çatır, nə də buna ehtiyac var. Müəyyən həddə öyüd-nəsihət eşitmək zəruridir.
4. Bəzən Quranda bir hadisə bir neçə dəfə təkrarlanır. Bəzi hadisələrə isə, demək olar ki, toxunulmur. Məlum olur ki, Quran dastan yox, hidayət və tərbiyə kitabıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.