"Allaha iman gətirib Ona bağlanan kimsələri (Allah) tezliklə Öz rəhmət və fəzlinə daxil edər. (Allah) onları Özünə doğru haqq yolda hidayət edər.”
Bu ayədə «Allaha bağlanmaq» dedikdə ilahi övliya və rəhbərlərə bağlılıq nəzərdə tutula bilər. Belə bir bağlılıq təfriqənin qarşısını alır. "Cameə” ziyarətində bu nöqtəyə toxunulur.
Əvvəlki iki ayədə iman və saleh əməl ilahi lütf əldə olunması vasitəsi sayılır. Bu ayədə isə iman və Allaha bağlılıq vasitə kimi tanıtdırılır. Bu onu göstərir ki, iman və Allaha bağlılıq həmin iman və əməldir və bu ikisi dəfələrlə Quranda birgə gəlmişdir.
1. İlahi mükafatlar bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir. Şübhəsiz ki, məhdud zəhmətin əvəzi əbədi behişt ola bilməz.
2. Allah istədiyini hidayət etsə də, hidayət zəminəsi və vasitəsi insanın iman və bağlılığı ilə əldə olunur.
3. İman və ilahi bağlılıqdan sonra da hidayətə ehtiyac var. İnsan bir an belə ilahi hidayətdən ehtiyacsız deyil.
4. Doğru yol o yoldur ki, insanı Allaha çatdırsın.