Ən-Nisa surəsi - Ayə: 155

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 155
Beləliklə (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə də onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 155. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 155 MÖHSÜN QƏRAƏTİ.

"Əhdi pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri nahaqdan öldürdüklərinə və "qəlblərimizə pərdə çəkilib” dediklərinə görə (onları cəzalandırdıq). Bəlkə də Allah küfrlərinə görə onların qəlblərini möhürləmişdir. Yalnız az bir qismi iman gətirər.”
Nöqtələr
İslam peyğəmbərinin dövründəki Bəni-İsrail, peyğəmbərləri öldürməmişdi. Amma onların ata-babaları bu cinayəti törətmişdilər. Peyğəmbər dövründəki yəhudilər öz ata-babalarının uyğun cinayətinə razı olduqlarından həmin cinayət onlara da aid edilmişdir.("Təfsire-Qummi”, c. 1, s. 157. )
Bildirişlər
1. Əhdi pozmaq küfr dərəcəsində olan bir günahdır, ya da küfr zəminəsi ola bilər.
2. Naşükürlük insanı o qədər alçalda bilər ki, peyğəmbərlərin vasitəsi ilə azad olanlar onları qətlə yetirərlər.
3. İnsan küfr və inadkarlıqla özü üçün süqut zəminəsi hazırlayır.
4. Əksəriyyət küfrə uğradığı bir zamanda az bir qismin iman gətirməsi sübut edir ki, insanın seçim və qərar çıxarmaq qüdrəti var. Demək, günahkar dost, mühit və quruluş insanın haqq yoldakı iradəsini dəyişməməlidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.